XİN Türkiyəyə başsağlığı verdi

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Kayseridə hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib:

“Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizi son dərəcə kədərləndirdi. Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş­sağlığı veririk. Allah rəhmət eləsin!”

Xatırladaq ki, qəza nəticəsində 2 pilot həlak olub.

Son xəbərlər