Qırğızıstanın parlament nümayəndə heyəti Milli Məclisdə

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Qonaq əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra o, parla­mentdə Heydər Əliyev Muzeyində olub və Xatirə kitabını imzalayıb.

Görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin əsasını təşkil etdiyi qeyd olunub. Bildirilib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr məhz bu möhkəm təməl üzərin­də qurulub. 

İkitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıq­lı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentləri­miz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.

Görüşdə Azərbaycan–Qırğızıstan münasibətlərində qarşılıqlı etimadın yara­dılması və inkişaf etdirilməsində ümum­milli lideri Heydər Əliyevin xidmətləri xü­susi qeyd olunub.

Söhbət zamanı ölkələrimizin bey­nəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etmələrindən razılıq ifadə olunub. O cümlədən, Türk Dövlətləri Təş­kilatının ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıqda xüsusi əhəmiyyəti vurğula­nıb. Qanunvericilik orqanlarımız arasın­da səmərəli əməkdaşlığın qurulmasından danışılıb və bu əməkdaşlığın daha da də­rinləşdirmək üçün yaxşı imkanlar olduğu qeyd edilib. 

Nurlanbek Şakiyev ötən il Milli Məcli­sin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi icla­sında iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini xatırladaraq, Ulu öndərin bütün Türk dünyasının qüruru olduğunu və bu tədbirdə iştirak etməklə dahi liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə etdiklərini söyləyib. 

Qonağa regiondakı vəziyyət haqqın­da məlumat verilib. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər