Ceyhun Bayramov Lui Bono ilə sülh prosesini müzakirə edib

post-img

İyunun 3-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. 

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtə­lif aspektləri, habelə postmünaqişə döv­ründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensiv­ləşməsinin münasibətlərin inkişaf dinami­kasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan da­nışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son inkişaflar barədə ətraflı məlu­matlandırılıb.

Ceyhun Bayramov xüsusilə delimita­siya komissiyaları arasında əldə edilən, ölkəmizin Ermənistan tərəfindən işğal al­tında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danı­şıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımın­dan faydalılığını bir daha təsdiqlədiyini vurğulayıb.

Söhbət zamanı mayın 10-11-də Qa­zaxıstanın Almatı şəhərində konstruktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi qeyd olunub.

Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə ABŞ tərəfinin də öz növ­bəsində danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.

XQ

Son xəbərlər