Qırğızıstan Parlamentinin sədri Azərbaycanda

post-img

Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Hey­dər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Parla­mentinin sədri Nurlanbek Şakievi və nümayəndə heyətini Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Qır­ğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər qarşılayıblar.

XQ

Son xəbərlər