Təhsil İşçiləri Həmkarlar İttifaqının hesabat-seçki konfransı

post-img

Dünən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib.

Gündəliyə komitənin 2017–2024-cü illərdə gördüyü işlərin he­sabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin se­çilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə müraciətin qəbulu və təşkilati məsələ daxil edilib.

Məclisdə ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev qurumun ötən illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib. Müzakirələrdən sonra komitənin fəaliyyəti qənaətbəxş hesab olunub.

Konfransda Səttar Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.

Qabil ƏLİYEV
XQ

Son xəbərlər