Ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Yılmaz Tunçun dəvəti ilə qardaş ölkədə səfərdə olub.
Nazirlərin görüşündə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, ölkələrimiz arasında hüquqi istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb.
Fərid Əhmədov səfər çərçivəsində Türkiyə Cəza və Həbs Evləri Baş İdarəsini ziyarət edib, qurumun fəaliyyəti ilə, eləcə də cəzaçəkmə müəssisələrində İKT-nın tətbiqi ilə yaradılan imkanlarla tanış olub. Bundan əlavə, Türkiyə Ədliyyə Akademiyasında və Türkiyə Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları Baş İdarəsində görüşlər keçirilib.
XQ