UNESCO-nun mənzil-qərargahında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr edilmiş “Təhsil vasitəsilə insanları və planeti birləşdirək” adlı tədbir keçirilib.
Tədbirdə diqqəti cəlb edən məqam Gənclərin İqlim Hərəkatının (YOUNGO) təmsilçisi Sahana Kaurun moderatorluğu ilə keçirilən nəsillərarası panel müzakirələri olub. Bu sessiyada məktəblərdə və icmalarda ekoloji maarifləndirmənin artırılması, davamlı inkişaf üçün ömür boyu təhsilin həyata keçirilməsi və gələcək çağırışlara hazırlıq strategiyaları, eləcə də COP29-a dair fikir mübadiləsi aparılıb. Paneldə Cənubi Afrikanın iqlim komissiyasının təmsilçisi, Şimali Amerika Gənc Su Parlamentinin Həmtəsisçisi, Hondurasın təhsil naziri, Yer (Earth) Uşaqları İnstitutunun rəhbəri və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış ediblər.
Elman Abdullayev bu ilin sonunda Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal kon-fransından (COP29) söz açıb və bu qlobal danışıqlarda gənclərin mühüm rolunu vurğulayıb.
XQ