TBMM-in komissiya sədri XİN-də

post-img

Mayın 24-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə qardaş Azərbaycan və Tür­kiyə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından məm­nunluq ifadə edilib, münasibətlərin əsa­sında xalqları birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin dayandığı vurğulanıb. Gələcək əməkdaşlıqlara və həmrəyliyə təkan verən, Şuşa Bəyan­naməsi ilə taclandırılan və xalqlarımızı birləşdirən strateji münasibətlərin Cənu­bi Qafqaz regionunda dayanıqlı sülh və inkişafın təmin edilməsində əsas amil olduğu, Azərbaycan və Türkiyə əməkdaş­lığı nəticəsində regional və qlobal ölçülü layihələrin həyata keçirildiyi qeyd edilib. 

Nazir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da güclən­dirilməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dün­yada bənzəri olmayan münasibətlər oldu­ğunu, hər iki ölkə rəhbərinin siyasi iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yük­sək tarixi zirvəyə çatdığını vurğulayıb

Ceyhun Bayramov, həmçinin təh­sil sahəsində iki ölkə arasında mövcud əməkdaşlığın Azərbaycan-Türkiyə Uni­versitetinin yaradılması ilə daha da güc­ləndiriləcəyinə əmin olduğunu qeyd edib.

XQ

Son xəbərlər