Ceyhun Bayramovun almanhəmkarı ilə telefon danışığı

post-img

Mayın 24-də xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı aparılıb.

Telefon danışığı zamanı Azərbay­can-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müza­kirə olunub.

Almatı şəhərində 10-11 may tarixlərin­də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ümu­milikdə, sülh prosesi çərçivəsində fikir ay­rılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zərurili­yi vurğulanıb.

Son zamanlar Azərbaycanla Ermə­nistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən, Azərbayca­na məxsus 4 kəndin geri qaytarılması və sərhədin bir hissəsinin delimitasiya olun­ması sülh prosesi çərçivəsində əhəmiy­yətli tədbirlər kimi qeyd edilib.

Telefon danışığı zamanı ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində “Petersberq İqlim Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti vurğu­lanıb, bundan sonra da iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.

XQ

Son xəbərlər