Nazirlər Kabinetində Naxçıvan müzakirəsi

post-img

Mayın 24-də Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı iclas keçirilib. 

Dövlət Proqramında nəzərdə tutul­muş tədbirlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinləri və digər məsul şəxslərin iştirak etdikləri iclasda Dövlət Proqramının 2023-cü il üzrə monito­rinqinə və 2024-cü ildə yerinə yetirilmiş işlərin cari vəziyyətinə dair hesabatlar təqdim edilib. Habelə Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının layihəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Müzakirələrdə Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən la­yihələr diqqətə çatdırılıb, icra prosesində müşahidə edilən əsas çətinliklər və on­ların aradan qaldırılması üçün görülməli olan tədbirlər vurğulanıb. 

Aparılan müzakirələr nəticəsində Dövlət Proqramının icrasının səmərəliliyi­nin daha da artırılması ilə əlaqədar aidiy­yəti dövlət qurumlarına müvafiq tapşırıq­lar verilib.

Son xəbərlər