ABŞ Konqresinin bir qrup qanunvericisi Pentaqondan tələb edir ki, Ukraynaya ABŞ tərəfindən verilmiş silahlardan Rusiya ərazisinə zərbələr endirməyə icazə versin. Bununla bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasındakı hər iki partiyanın nümayəndələrinin məktubunda bildirilir. Məlumatı “İzvestiya.ru” verib.
“Biz ABŞ Nümayəndələr Palatasının üzvləri olaraq sizə yazırıq ki, ukraynalı həmkarlarımıza Rusiya daxilində strateji hədəflərə zərbələr endirmək üçün ABŞ-ın verdiyi silahlardan istifadə edilməsinə icazə verəsiniz. Biz də bunun üçün güclü dəstəyimizi ifadə edək”, - konqresmenlərin bəyanatında deyilir.
Sənəddə o da qeyd olunur ki, Baydenin siyasəti Ukraynaya verilən silahlar vasitəsilə Rusiya qoşunlarına təzyiq göstərmək imkanlarını məhdudlaşdırmağa yönəlib.
P.ƏMİRCANOV
XQ