“Biz mehriban ailəyik”

post-img

Bakının Nərimanov rayonunda yerləşən M.Şəhriyar adına 193 saylı tam orta məktəbdə Beynəlxalq Ailə Günü ilə bağlı şənlik keçirildi. 

Məktəbin direktoru Nihal Hacıyeva qonaqları bayram münasibətilə təbrik edərək onlara təhsil ocağı ilə yaxından  əməkdaşlığa görə təşəkkürünü bildirdi. Çıxış edənlər “Beynəlxalq Ailə Günü”nün əhəmiyyətindən, Azərbaycan ailələrinə məxsus milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanılaraq gələcək nəslə ötürülməsinin ­vacibliyindən bəhs  etdilər. 

Yığıncağa toplaşan ailələrin bir qismi mahnı oxuyub, əl işlərini nümayiş etdirib. Valideyn Ruhəngiz Babayevanın ifasında “Biz mehriban ailəyik” mahnısı  xüsusi rəğbətlə­ qarşılandı.

Zülfiyyə Ziya
XQ

 

Son xəbərlər