Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 17-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Səhər yarımadanın bəzi yerlərində havanın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 11-13°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Q.QASIMOV
XQ