Ermənistanın ekoloji cinayətlərini əks etdirən xəritə

post-img

Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası mayın 16-da Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.

Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi xəritəni Azərbaycan, ingilis və erməni dillərində hazırlayıb.  Kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Ekoloji vəsait Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə mənfi təsirlərini ifşa etmək üçün mühüm məlumatları əks etdirir. Xəritədən aydın görünür ki, qonşu ölkənin ətraf mühitə ən çox zərər vuran əsas dağ-mədən sənayesi müəssisələri bilərəkdən Qərbi Zəngəzur bölgəsində - Azərbaycan ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərdə cəmləşdirilib.

Mərasimində “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, bildirib ki, Ermənistan Espoo Konvensiyasından irəli gələn öhdəliyinə əsasən, transsərhəd ərazilərdə həyata keçirilən mədən işlərinə görə Azərbaycan dövlətindən icazə almalıdır. “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, Tələt Kəngərli, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin geoloji məsələlər üzrə müşaviri Şahbəddin Musayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Tarix və Etnologiya İnstitutunun elmi işçisi Nazim Mustafa Ermənistanın sənaye müəssisələrinin ölkəmiz üçün törətdiyi kəskin ekoloji təhlükənin müxtəlif yönlərini açıqlayıblar, yeni xəritənin bu cinayəti ifşa etməkdə gərəkli vəasait olduğunu qeyd ediblər.

QHT-lər Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib sayıblar. “Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır. 

XQ

 

Son xəbərlər