Azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi

post-img

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Ağdam şəhərində regional müşavirə keçirilib.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin, Ekologiya və Tə­bii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri­nin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən podratçı və subpod­ratçı təşkilatların, tikinti şirkətlərinin, fermerlərin və digər sahibkarların iştira­kı ilə keçirilən tədbirdə yanğın təhlükə­sizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran məsələlər barədə məlumat veri­lib.

Qarşıdan yay mövsümünün gəlmə­si ilə əlaqədar meşə və yaşıllıq ərazilə­rində yanğın hallarının baş verməməsi üçün bu ərazilərdə fəaliyyət göstərən sahibkarların, kənd təsərrüfatı ilə məş­ğul olan fermerlərin və digər sahib­karların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi vurğulanıb. 

Sonda meşəətrafı ərazilərdə in-frastruktur layihələrini həyata keçirən sahibkarlara və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, yanğın baş verdiyində yan­ğınsöndürən texniki vasitələrin su ob­yektlərinə maneəsiz daxil olmalarının təşkili, yanğına həssas meşəlik əra­zilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə tədbir işti­rakçıları adından çağırış edilib.

XQ



Son xəbərlər