Əli Əsədovun Məhəmməd Caludla görüşü

post-img

Azərbaycan Respublika­sının Baş naziri Əli Əsədov mayın 13-də Beynəlxalq Ağırlıqqaldırma Federasi­yasının prezidenti Məhəm­məd Caludla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bil­diriblər ki, görüşdə Azər­baycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb. İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkəmizdə müasir idman infrastruktu­runun yaradıldığı bildirilib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yara­dıb.

Azərbaycanda digər id­man növləri ilə yanaşı, ağır­lıqqaldırmanın da inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqətin yetirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiya­sı ilə Beynəlxalq Ağırlıqqal­dırma Federasiyası arasında mövcud əməkdaşlığın möh­kəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. 

XQ

Son xəbərlər