Samuxda uşaqlara hədiyyə

post-img

Heydər Əliyev Fondu tərəfindən Samux şəhərində 80 yerlik uşaq bağçası – körpələr evi inşa etdirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Heydər Əliyev Fondunun əməkdaşı Cəmil Əliyev, Gən­cə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və təhsil işçiləri uşaq bağçasının açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

İkimərtəbəli bir korpusdan ibarət bağ­ça zəruri mebel və avadanlıqla təchiz edilib. Binada metodika otağı, oyun zalı, yeməkxanalar, yataq otaqları, həkim ota­ğı, musiqi və idman zalları və s. yaradılıb.

Bağçanın həyətyanı ərazisində abad­lıq və yaşıllaşdırma işləri aparılıb, oyun meydançası salınıb.

XQ

Son xəbərlər