Ulu öndər Moskvada yad edildi

post-img

Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birgə ümummilli li­deri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xa­tirə gecəsi təşkil edib. 

Mərasimin qonaqları 1984-cü ildə Baykal–Amur Magistralına səfəri za­manı Heydər Əliyevi müşayiət edən “Vostoçno-Sibirskaya Pravda” qəzeti­nin əməkdaşı Valeri Karasyovun çəkdi­yi fotolardan ibarət sərgi ilə tanış olub­lar. Ust-Kutdan Sakit okeana qədər bütün yol boyu Karasyov Ulu öndərin BAM-ın yerli rəhbərliyi və qəhrəmanları ilə görüşlərini lentə alıb.

Toplantını açan Rusiya Preziden­tinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıd­koy qeyd edib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 1990-cı illə­rin birinci yarısında baş vermiş iğtişaş­lar dövründə ölkəni xilas edib. “O, bütün Sovet İttifaqı üçün çox işlər görüb”, – deyə Şvıdkoy bildirib. 

“Mən bu gün onun formalaşma­sının bəzi mərhələlərini və əlbəttə ki, Naxçıvan Məclisinin sədri olduğu zaman onun Naxçıvana qayıtması, Azərbaycanın dağıldığı bir vəziyyət­də necə siyasət qurması, ölkədə baş verən üsyanlara necə müqavimət göstərməsini izlədim, oxudum, xatırla­dım. Bu, onun böyük daxili gücündən və bütün bunların nə üçün edildiyini dərk etməsindən xəbər verir. Bu isə Azərbaycanın çiçəklənməsi naminə edilirdi. Əsası Heydər Əlirza oğlu tərə­findən qoyulan işlər bu gün Azərbay­can Prezidenti İlham Əliyev tərəfindən gerçəkləşdirilir”, – deyə Şvıdkoy qeyd edib.

Rusiya Liberal Demokrat Partiya­sının sədri, Dövlət Dumasının depu­tatı Leonid Slutski çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinin Rusiyada da dərin ehtiramla anıldığını qeyd edib.

“Heydər Əlirza oğlu iqtisadiyya­tın ən mühüm, elmtutumlu sahələrinə nəzarət etməklə Sovet İttifaqındakı yüksək dövlət postunda da çox işlər görüb. Baykal-Amur Magistralının ti­kintisi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır”, – deyə Slutski bildirib. 

Siyasətçi vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev dahi atasının işini layiqincə davam et­dirir. “Dahi atasının ən vacib nəsihət­lərindən birini yerinə yetirən İlham Heydər oğlu Qarabağı azad edib. Bu, Heydər Əlirza oğlunun rəhbərliyi ilə, indiki Prezident İlham Heydər oğlu Əli­yevin rəhbərliyi ilə Azərbaycan xalqının bütün bu illər ərzində nail olmaq istədi­yi nəticə, bütün bu postsovet illərinin müqəddəs və nəcib yekunudur”, – deyə Slutski bildirib.

Deputat qeyd edib ki, Azərbaycan bu gün Rusiyanın ən etibarlı tərəfda­şıdır. “Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında konstruktiv, çoxşaxə­li qarşılıqlı fəaliyyətin əsasını qoyub. Azərbaycan ən yaxın vaxtlarda hələ böyük uğurlara nail olacaq. O, artıq bö­yük nailiyyətlər əldə edib. Bu, Azərbay­can xalqının davamlı, əziyyətli əməyinin nəticəsidir. Mən qardaş Azərbaycan xalqına, Azərbaycanın Prezidenti İlham Əliyevə davamlı firavanlıq arzu edirəm”, – deyə Slutski vurğulayıb.

Mərasimdə TASS informasiya agentliyinin baş direktorunun birin­ci müavini Mixail Qusmanın “İlham Əliyev. And: 20 il sonra” sənədli filmi nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.



Son xəbərlər