Naxçıvan – İğdır yubiley veloyürüşü

post-img

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibəti ilə iğdırlı velosipedçilər qonşu diyara velosiped turu təşkil ediblər. Yürüşə naxçıvanlı idmançılar da qoşulublar.

Tur iştirakçıları Sədərək Dilucu və Gürbulaq sərhəd məntəqələrindən keçərək İğdıra gəliblər. İğdır valisi ilə görüşdə qardaş ölkələrin 2 qonşu vilayətinin dostluq əlaqələri diqqət mərkəzində olub. Yürüş iştirakçıları İgdır gənclik və idman müdiri və “ArazDer” klubunun üzvləri ilə də görüşüblər. Sonra velosipedçilər Tuzluca istiqamətində hərəkət edərək buradakı duz mağaralarında olublar.

Naxçıvan idmançılar İğdırın şəhər mərkəzini, Millət parkını, Gənclik mərkəzini, Mələkli İrəm bağlarını, tarixi ünvanları ziyarət ediblər.

XQ

 

Son xəbərlər