MSK-nın iclası keçirilib

post-img

Mayın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. 

Əvvəlcə komissiyanın 2024-cü il 7 mart tarixli iclasının protokolu təsdiq olunub. 

Sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səla­hiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. 

Bildirilib ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyinə görə ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam verilməlidir. Mərkəzi Seçki Komissiyası qeyd olunanları nəzərə alaraq, qanunveri­ciliyə uyğun qaydada Ramin Məmmədovun deputat səlahiy­yətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra Mərkəzi Seçki Komissiyasının normativ xa­rakterli aktına dair məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra "Mərkəzi Seçki Komissiyasının Ka­tibliyi haqqında Əsasnamə”də müvafiq dəyişiklik edilməsinə qərar verilib.

Beynəlxalq təşkilat təmsilçisi və media nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər