İtaliyanın məsul deputatı Milli Məclisdə

post-img

Mayın 2-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasının vitse-pre­zidenti Ciorcio Mule ilə görüşüb. 

Söhbət zamanı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni ir­sin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” möv­zusuna həsr olunmuş Parlament­lərarası konfransın əhəmiyyətinə dair müzakirələr aparılıb. S.Qa­farova bu cür forumların mədəni irsin qorunmasında, mədəniyyət­lərarası dialoqun güclənməsində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilmə­sində mühüm rol oynadığını qeyd edib, İtaliyanın Avropada ən zən­gin mədəniyyətə malik ölkələrdən biri və Azərbaycana dost ölkə ol­duğunu söyləyib. 

İki ölkə arasında münasibət­lərin müxtəlif istiqamətlərdə inki­şafından məmnunluq bildirilərək, qeyd edilib ki, bu gün Azərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə çatmasında ali səviyyə­də həyata keçirilən qarşılıqlı səfər­lər, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Söhbət zamanı, mü­nasibətlərimizin inkişafında par­lamentlərin də vacib rolu diqqətə çatdırılıb. Son illərdə Milli Məclislə İtaliya parlamentinin hər iki palata­sı arasında sıx əməkdaşlıq yaran­dığı qeyd edilib. 

Spiker parlamentlərarası dost­luq qruplarının fəaliyyətinin in­tensivləşdirilməsi, Azərbaycanın evsahibliyi edəcəyi COP29 kimi möhtəşəm tədbirin əhəmiyyəti barədə də fikirlərini bölüşüb. Eyni zamanda, bəzi Qərb strukturla­rında müşahidə olunan ikili stan­dartları və ölkəmizə qarşı qərəzli mövqeyi tənqid edib. O, xüsusilə Fransanın Azərbaycan və Ermə­nistan arasında gedən sülh prose­sini pozmağa və bölgədəki maraq­larını həyata keçirməyə çalışması haqqında məlumat verib. 

Qonaqpərvərliyə görə təşək­kürünü bildirən İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezi­denti Ciorcio Mule VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Foru­munda iştirakından məmnunluğu­nu ifadə edib. Qonaq müasir Azər­baycanın inkişafı və qazandığı uğurlar, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, COP29 kimi mühüm tədbirin ölkəmizdə keçiril­məsi barədə fikirlərini bölüşüb.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər