Naxçıvanda apreldə doğulmuş şəhidlərin xatirəsi anılıb

post-img

Dünən “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə doğum günü aprel ayında olan şəhidlərin anım mərasimi keçirilib.

Şəhidlərin xatirəsi ehtiramla yad edil­dikdən sonra Naxçıvan Televiziyasının muxtar respublikanın apreldə doğulmuş 26 şəhidi ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri həmin Vətən qurban­larının portretləri ilə səhnəyə çıxıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəf­li bildirib ki, ölkə başçısının rəhbərliyi ilə dövlətimizin şəhid ailələrinə diqqət və qayğısı muxtar diyarda da əsas sosial is­tiqamət kimi diqqətdə saxlanılır. Xalqımız Vətən oğullarının qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, şəhidlərin xatirəsini daim yad edəcək.

Mərasimdə şəhid Ülvi Hüseynovun atası Möhsün Hüseynov, İslam Eyvazo­vun anası Aytən Eyvazova və Ələddin Dünyamalıyevin qızı Sevda Cəfərova çıxış edərək əzizlərinin xatirəsinin uca tutulmasına görə minnətdarlıqlarını bildi­riblər.

Sonda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı aktyor­larının hazırladığı “Yağış yağır Şuşaya” adlı bədii kompozisiya təqdim olunub.

Səbuhi HƏSƏNOV
XQ

Son xəbərlər