Qazaxda mina partlayışı

post-img

Qazax rayonunda mina partlayışı baş verib, xəsarət alan var. Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vü­sal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokuror­luğunda araşdırma aparılır.

XQ

Son xəbərlər