Xarici işlər naziri Qətərdə

post-img

Aprelin 29-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xid­məti İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazirin aprelin 30-da Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası –Mərkəzi Asiya – Azərbaycan Respub­likası Əməkdaşlıq və İqtisadi Forumu­nun 3-cü iclasında iştirakı və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli gö­rüşlərinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər