ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

post-img

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentli­yinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qo­yularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və ra­yon xəstəxanasına təxliyə olunub, hazır­da vəziyyəti stabildir.

Faktla bağlı Şuşa Rayon Prokurorlu­ğunda araşdırma aparılır.

XQ

Son xəbərlər