BƏƏ COP29-la bağlı ölkəmizlə sıx əməkdaşlığı davam etdirəcək

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib.

Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın sa­lamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi. 

Sultan Əhməd Əl-Cabir BƏƏ-nin COP28-in sədri və ev sahibi olaraq Azər­baycanla yaxından işləməkdən məmnun­luğunu bildirərək, COP29 ilə bağlı BƏƏ-nin Azərbaycana dəstəyini əsirgəmədiyini diqqətə çatdırdı, bu istiqamətdə birgə iş­ləməyə və əməkdaşlığa hazır olduqlarını vurğuladı. 

Dövlətimizin başçısı Azərbaycanla BƏƏ arasında birgə fəaliyyətin əhəmiy­yətini və COP28-də “üçlük” mexanizminin yaradılmasının vacibliyini qeyd etdi. 

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin yaşıl enerji sahəsinə BƏƏ tərəfindən yatırılan inves­tisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və bu is­tiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. 

Görüşdə qarşılıqlı maraq doğuran di­gər məsələlər də müzakirə olundu.

Son xəbərlər