Anlaşma Memorandumu imzalanıb

post-img

Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondunun nümayəndələri ilə görüş keçirilib. 

Görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbay­canın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun fəaliyyət istiqamət­ləri, həyata keçirilən layihələr haqqında danışıb.

2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun prioritet sahələ­rindən birinin ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar Ələkbərov fondun bu istiqamətdə real­laşdırdığı və nəzərdə tutulan tədbirlərini diqqətə çatdırıb.

Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə ev sa­hibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğu, Azərbay­can Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş əraziləri­mizi “Yaşıl enerji” zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emis­siya” zonasına çevrilməsinin planlaşdırıl­dığı bildirilib. Qeyd edilib ki, Heydər Əliyev Fondu ətraf mühitin qorunması istiqamə­tindəki layihələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan işlərə önəmli dəstək verir.

Türkiyə Respublikasının birinci xanı­mı Əminə Ərdoğanın təşəbbüsü ilə yara­dılan Sıfır Atık Fondunun Qəyyumlar Şu­rasının sədri Samed Ağırbaş təmsil etdiyi qurumun əsas məqsədinin ətraf mühitin, insan sağlamlığının qorunması olduğunu bildirib, tullantı sularının təkrar istifadəsi və emalının təşviqi kimi məsələlərə xü­susi önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri qeyd edib.

Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29 çər­çivəsində, eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, mə­dəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində birgə layihələri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

XQ

Son xəbərlər