Azərbaycan İnvestisiya Holdinqi Müşahidə Şurasının iclası

post-img

Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə AİH-in Müşahidə Şurasının iclası keçirilib.

İclasda holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin 2023-cü ilin yekunları üzrə fəaliyyət hesa­batı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən AİH və portfel şirkətlərinin korporativ idarəetməsinin qiymətləndirilməsi layihə­sinin nəticələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti və strateji baxışı haqqında icmal hesabat, portfel şirkətlərin büdcə tərtibi, təsdiqi və nə­zarəti qaydaları və digər cari məsələlər ətraflı müzakirə olunub. 

İclasda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovun və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib. 

İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və hol­dinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Son xəbərlər