XİN Malayziyaya başsağlığı verdi

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Malayziyada Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində insan tələfatının olması ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “X” he­sabında paylaşım edilib:

“Malayziyada Hərbi Dəniz Qüvvələ­rinin helikopterlərinin toqquşması xəbəri bizi dərindən kədərləndirdi. Bu dəhşət­li faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ve­ririk. Bu çətin anda dost Malayziya hö­kuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk”.

Qeyd edək ki, Malayziyanın Lumut şəhərində paradla bağlı təlim uçuşu həyata keçirən iki helikopter toqquşub. Hadisə nəticəsində 10 nəfər ekipaj üzvü həlak olub.

Son xəbərlər