Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

post-img

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasından AZƏRTAC-a bildiriblər ki, 2024-cü ilin Dövlət Mükafatlarına aşağıdakı işlər təqdim edilmişdir.

Elm sahəsində:

1. Adil Qəribov - “Atom-hidrogen energetikasında termo və radiasion-he­terogen proseslər” - Rusiyada nəşr olun­muş monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problem­ləri İnstitutu təqdim etmişdir.

2. Könül Bünyadzadə - “Sufi feno­menologiya” - monoqrafiya (iki cilddə). 

Azərbaycan Milli Elmlər Akade­miyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu təqdim etmişdir.

3. Fatimə Mustafayeva, Nəcəf Qəh­rəmanov - “Polietilen əsasında odada­vamlı kompozit materialların alınması, tədqiqi və emalı” - monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu təqdim etmişdir.

4. Qüdrət Kəlbəliyev, DilqəmTa­ğıyev, Sakit Rəsulov - “Qeyri Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanika sahəsində fun­damental tədqiqatlar”. 

Azərbaycan Milli Elmlər Akademi­yasının Rəyasət Heyəti təqdim etmiş­dir.

5. İradə Hüseynova, Samirə Rüstə­mova, Durna Əliyeva, Tofiq Allahverdi­yev, Atabəy Cahangirov - “Rəqəmsal və yeni genom texnologiyalarından istifadə etməklə buğdanın quraqlığa davamlılıq mexanizmlərinin araşdırılması, yeni ge­notiplərin yaradılması və tətbiqi”.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologi­ya və Biotexnologiyalar İnstitutu təq­dim etmişdir.

6. Nizami Cəfərov - “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” - kitab. 

Bakı Dövlət Universiteti təqdim et­mişdir.

7. Natiq Cavadov, Elçin İsgəndər­zadə, Hikmət Əsədov - “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəl­dilməsi üzrə kompleks elmi tədqiqatlar”. 

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi təqdim etmişdir.

8. Mahirə Hüseynova - “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı in­teqrasiyası” - kitab.

Azərbaycan Dövlət Pedaqoji Uni­versiteti təqdim etmişdir.

9. Ziyad Səmədzadə - “XX əsrdə və müstəqillik dövründə Azərbaycan iqtisa­diyyatı və onun inkişafının aktual prob­lemləri”- silsilə əsərlər.

Azərbaycan İqtisadçılar İttifaqı təq­dim etmişdir.

10. Sadiq Qurbanov - “Zamana sığ­mayan lider. Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi”.

Azərbaycan Dövlət İqtisad Univer­siteti təqdim etmişdir.

11. Qurban Yetirmişli, Fəxrəddin Qədirov, Səbinə Kazımova, Rafiq Səfərov - “Azərbaycan ərazisində seys­mik və geodinamik aktivliyin monitorinqi üçün rəqəmsal üçsəviyyəli texnologiya (yer səthi, səthə yaxın, peyk) sistemi­nin yaradılması və tətbiqi: nəticələr və perspektivlər” - 2000–2023-cü illərin elmi nəşrlər silsiləsi. 

Azərbaycan Milli Elmlər Akademi­yasının Respublika Seysmoloji Xid­mət Mərkəzi təqdim etmişdir.

Texnika sahəsində:

12. İlqar Nəzərov, Məmmədsaleh Əliyev, Rafiq Hüseynov - “Hərbi təyi­natlı sursatların istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsal sahələrinin ya­radılması”.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsal Birliyi” MMC təqdim etmişdir.

13. Vaqif Fərzəliyev, Həqiqət Cava­dova, Əfsun Sucayev, Vasif Abbasov, Səxavət Rüstəmov - “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsa­lının təşkili” - kompleks elmi-texniki iş.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Əli Quli­yev adına Aşqarlar Kimyası İnstitutu təqdim etmişdir.

14. Vaqif Məhərrəmov - “Kos­mik obyektlərin infraqırmızı müşa­hidə texnikası” (rus dilində nəşr) “Tехника инфракрасных наблюдений космических обьектов”. 

Azərbaycan Texniki Universiteti təqdim etmişdir.

Memarlıq sahəsində:

15. Rayihə Əmənzadə - “Gəncə şəhərinin memarlıq salnaməsi. XII-XIX əsrlər” - kitab.

Azərbaycan Memarlar İttifaqı təq­dim etmişdir.

Mədəniyyət sahəsində:

16. Vaqif Mustafayev, Azər Quliyev - “Həyat, deyəsən gözəldir” - bədii film. 

Azərbaycan Respublikasının Kine­matoqrafçılar İttifaqı təqdim etmişdir.

17. Sakit Məmmədov - “Heydər Əliyev və Qarabağ”- diptix. 

Azərbaycan Respublikasının Mə­dəniyyət Nazirliyi təqdim etmişdir.

18. Ərtegin Salamzadə, Xəzər Zey­nalov - “Təsviri sənətdə Heydər Əliyev obrazı” (ingilis dilində nəşr) - kitab. 

Azərbaycan Milli Elmlər Akademi­yasının Memarlıq və İncəsənət İnstitu­tu təqdim etmişdir.

19. Salxab Məmmədov, Əli İba­dullayev - “Humanizmi tərənnüm edən Azərbaycan qadınları” (Fransanın Kon­yak şəhərində parkda Məhsəti Gəncəvi­nin abidəsi (2016-cı il) və Evian-le-Bən şəhərində Natəvanın abidəsi (2018-ci il). 

Azərbaycan Rəssamlar İttifaqı təq­dim etmişdir.

20. Fuad Salayev - “Qarabağnamə” heykəltaraşlıq kompozisiyası: Bakı şəhə­ri Muzey Mərkəzinin önündə ucaldılan “Səyyah” və “Müzəffər” heykəlləri. 

Azərbaycan Rəssamlıq Akademi­yası təqdim etmişdir.

21. Eldar Mikayılzadə - “Azərbaycan xalçası: ilmələrin rəqsi”- kitab-kataloq. 

Azərbaycan Milli İncəsənət Muzeyi təqdim etmişdir.

22. Mehriban Ələkbərzadə - Son il­lərdə rejissorluq fəaliyyətinə görə. 

Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim etmişdir.

Ədəbiyyat sahəsində:

23. Sabir Rüstəmxanlı - “Son illərdə yaradılan silsilə əsərlər” 

Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.

24. Yunus Oğuz - “Cığır”- tarixi ro­man. 

Azərbaycanda Atatürk Mərkəzi təq­dim etmişdir.

25. Asif Mərzili (Məmmədov) - “So­nuncu əmr” - roman. 

Dünya Azərbaycanlılarının Mədə­niyyət Mərkəzi təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürül­müş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilmə­si məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. 

Azərbaycan Respublikasının Na­zirlər Kabineti. E-mail: [email protected]

Son xəbərlər