Fatmayı qəsəbəsində evlərin birindən 8 min manat pul və 8 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.
Xətai rayonunda isə azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı polis şöbəsinə məlumat verilib.
Polis əməkdaşları keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ