Ölkəmizin xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində aprelin 15-də Prezident Şavkat Mirziyoyevlə görüşüb.

Görüşdə nazir Ceyhun Bayramov ta­rixi, mədəni və dini ortaqlıqları bölüşdü­yümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xa­rakterə malik olduğunu bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurdu­ğunu vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamət­lərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın ge­nişləndirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası­na (COP29) ev sahibliyi edəcəyi, bu is­tiqamətdə birgə tədbirlərin həyata keçiril­məsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaş­lıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Son xəbərlər