Ceyhun Bayramov Mərkəzi Asiya ölkələri nazirlərinin iclasında

post-img

Aprelin 15-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Özbə­kistana işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak edib.

Ceyhun Bayramov Azərbaycanın qardaş Mərkəzi Asiya və KƏŞ ölkələri ilə ortaq tarixi, mədəni irsinin müxtəlif, həmçinin siyasi, iqtisadi, ticarət, inves­tisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiy­yətli rol oynadığını diqqətə çatdırıb.

Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29-a hazırlıq işləri barədə məlumat verən Ceyhun Bayramov Qoşulmama Hərəkatına sədrliyimiz dövründəki kimi, “Qlobal Şimal” ilə “Qlobal Cənub” ara­sında əməkdaşlığın genişləndirilməsi­nin yenə də əsas prioritetlərimizdən biri olduğunu bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olun­muş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükə­si, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin gedi­şatı barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov ölkəmizin bölgədə sülh və quruculuq istiqamətində səy­lərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov, eyni zamanda, ölkəmizin Yaxın Şərqdə gedən proses­ləri yaxından izlədiyini və gərginlik coğ­rafiyasının daha da genişlənməsi ris­kindən ciddi şəkildə narahatlığı diqqətə çatdırıb. Beynəlxalq hüquqa, region dövlətlərinin suverenliyinə və ərazi bü­tövlüyünə hörmətin əhəmiyyəti vurğula­nıb.

Sonda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub.

***

Xarici İşlər naziri Ceyhun Bayra­mov Özbəkistana səfəri çərçivəsində Oman Sultanlığının Xarici İşlər naziri Bədr Əlbusaidi ilə görüşüb. 

Görüşdə Azərbaycan ilə Oman ara­sında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə olunması, səhiyyə və digər sahələr üzrə əməkdaşlığın inki­şafı perspektivləri müzakirə edilib.

Ölkələrimiz arasında siyasi məs­ləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyət­li olduğu vurğulanıb. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qə­rarının münasibətlərə əlavə təkan verə­cəyi vurğulanıb.

Görüşdə, həmçinin digər ikitərəfli və regional məsələlər barədə fikir müba­diləsi aparılıb.

XQ



Son xəbərlər