Bu gün Bakıda “Hərbi Qənimətlər Parkı”nın açılışından üç il ötür

post-img

Həmin əlamətdar gün münasibətilə parkı ziyarət etdik və barbar düşmənin məğlub ordusundan qənimət kimi alınmış saysız-hesabsız hərbi texnikanın üzgün və küskün görkəminə bir daha tamaşa etdik.

Düşüncələr, təəssüratlar bitməz, tükənməz qədərdir.

Əvvəla, erməni cəlladlarının əlində olan Rusiya “Qvozdika”sının Bakıdakı mənhus görkəmindən xəbərdar olan kiminsə bu vəhşi qəbiləyə yenə də silah göndərməsi gerizəkalılıq nümunəsi olacaq.

İkinci, Ermənistanın məğlubiyyətinə sevinsək də, faşist Almaniyası üzərində qazanılmış möhtəşəm qələbədə xüsusi əhəmiyyəti olan “Katyuşa”nı bu dərəcədə rəzil görmək olduqca ağır idi.

Üçüncü, on mərhələdən ibarət olan “Ohanyan” səddinin nə qədər keçilməz olduğunu da gördüm, keçildiyinin nəticələrini də.

Dördüncü, düşmənin səngərində oldum və beton örtüklü yeraltı qərargahlarına da baxdım. Ürəyimdən keçən “Sənə eşq olsun, Azərbaycan əsgəri!” ifadəsini elə düşmən səngərdəcə dilə gətirdim.

Beşinci, məncə, bizim üçün “Şəhidlər xiyabanı” nə qədər müqəddəsdirsə, bu park da bir o qədər tarixi əhəmiyyətlidir.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək olsun!

İttifaq MİRZƏBƏYLİ







Son xəbərlər