Deni Sassu-Nqesso Milli Məclisdə

post-img

Aprelin 4-də Milli Məclisin sədri Sahibə Qafarova Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Milli Məclisin sədri yüksək sə­viyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu diqqətə çatdırıb. O deyib ki, bu səfər Azərbaycanla Konqo ara­sında əlaqələrin inkişafına böyük tə­kan verəcək.

Görüşdə qeyd olunub ki, bu gün ölkələrimiz arasında beynəlxalq təş­kilatlar, xüsusən Qoşulmama Hərə­katı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması­nı dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da təsisata sədrliyi döv­ründə Afrika ölkələri ilə əməkdaşlı­ğını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib.

Konqo Respublikasının Prezi­denti Deni Sassu-Nqesso Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssüratlarını bölüşüb. Qonaq səfəri çərçivəsində ölkələrimiz arasında im­zalanmış sənədlərin qarşılıqlı əmək­daşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Görüşdə parlamentlərarası əmək­daşlığın ölkələr arasında əlaqələrdə mühüm əhəmiyyətindən bəhs olunub. S.Qafarova Milli Məclisin Konqo­nun həm Milli Assambleyası, həm də Senatı ilə əlaqələri inkişaf etdirməyə hazır olduğunu deyib. Bildirib ki, parlament üzvləri arasında təmaslar, qarşılıqlı səfərlər münasibətlərə töhfə verə bilər. 

Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlamenti dünyanın bir çox ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. On­lardan biri də Qoşulmama Hərəkatı­dır. Azərbaycanın sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Hazırda Azərbay­canın sədrlik etdiyi Şəbəkədə 70-dən artıq ölkə təmsil olunur. Konqo par­lamentinin də Şəbəkənin işində fəal iştirakı ümumi maraqlarımıza xidmət edəcək.

Konqo Prezidenti ölkəsinin qa­nunverici orqanının Azərbaycan par­lamenti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayaraq, qarşıdakı dövrdə bu is­tiqamətdə fəal addımların atılacağına inamını ifadə edib.

Prezident Deni Sassu-Nqesso isə xatırladıb ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, in­diki gərgin dövrdə sülhpərvər dövlət­lərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəka­tı çərçivəsində, istərsə də digər bey­nəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartlara qarşı birlikdə mübarizə aparacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mü­badiləsi aparılıb.

XQ

Son xəbərlər