Ermənistanın mina terroru məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına ciddi maneə yaradır

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən ANAMA ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.

Vurğulanıb ki, Ermənistan tərəfindən işğal və hətta post­münaqişə dövründə ərazilərin minalanması, mina-tələlərin quraşdırılması, o cümlədən partlamamış sursatlarla həd­dən artıq çirkləndirilməsi bölgədə aparılan bərpa və yeni­dənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaq­larına qayıdışı prosesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axta­rış, qazıntı və ekshumasiya işlərinin aparılmasına da ciddi maneə yaradır.

“Bir çox hallarda Dövlət Komissiyasına məlum olan itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərin­də mütəxəssis heyətinin işləməsi üçün ərazilərin minalar­dan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarının yolunu gözləyən vətəndaşlarımızın iztirablarının artmasına və ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunəsidir.

Dövlət Komissiyası Ermənistanın mülki əhalinin ölü­münə və yaralanmasına səbəb olan və itkin düşmüş vətən­daşlarımızın sonrakı taleyinin aydınlaşdırılmasına mane olan mina terrorunu qətiyyətlə pisləyir”, – Dövlət Komissi­yasının açıqlamasında bildirilib.

XQ

Son xəbərlər