Ağdərədə ermənilərin gizlətdiyi 8 ədəd zenit topu aşkarlanıb

post-img

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən XQ-yə verilən məlumata görə, Kəlbəcər rayonunun Vəng və Ağdərə ra­yonunun Vəngli yaşayış məntəqələri əra­zilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkarlanıb.

Döyüş texnikası təhlükəsizlik qay­dalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

XQ

Son xəbərlər