Xocalıda 3 şəhidin dəqalıqları aşkarlanıb

post-img

Martın 28-də Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkarlanması barədə Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən XQ-yə bildirilib. 

Daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiy­yə Nazirliyinin “Məhkəmə-Tibbi Eksper­tiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Döv­lət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edil­miş sümük fraqmentləri ekspertiza və la­borator müayinələrin aparılması məqsə­dilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırkı vaxtadək keçirilən prosessu­al hərəkətlər nəticəsində ərazidə aşkar­lanmış insan qalıqlarının ən azı 3 şəxsə məxsus olması müəyyənləşdirilib.

Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə mə­lumatın verilməsi təmin ediləcək.

Son xəbərlər