Kəndlərimizin azad edilməsi gündəmdədir

post-img

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan ilə Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistan işğalı altında olan kəndlərimizin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə sorğular keçirib. 

Respondentlərin mütləq əksəriyyəti – 95,8 faizi Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcə­yinə inandığını, 3,6 faizi inanmadığını bil­dirib, 0,6 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşa­ğı Əskipara, Xeyrimli kəndləri və Naxçı­van MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illər­də işğal edilib. İşğal altında olan bu 8 kən­din 4-ü Azərbaycanın eksklav əraziləridir.

Sorğular martın 15-18-də 18 yaşdan yuxarı 390 respondent arasında keçirilib. 

XQ

Son xəbərlər