Bolqarıstanla çoxtərəfli əməkdaşlıq genişlənir

post-img

Martın 29-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevə zəng edib.

Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkə­sindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmə­dən təxirə salınmasından təəssüfləndiyini bildirib. 

Dövlət başçıları qarşılıqlı maraq kəsb edən sahələr­də ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri­ni müzakirə ediblər. İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habelə biznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Həmçinin müqa­vilə-hüquq bazasının genişləndirilməsi üçün ikitərəfli sənədlərin işçi qaydada razılaşdırılma prosesində oldu­ğu qeyd edilib. Telefon danışığı əsnasında prezidentlər diplomatik kanallar vasitəsilə səfərin yeni tarixlərinin ra­zılaşdırılacağını bildiriblər.

Prezidentin Mətbuat Xidməti

Son xəbərlər