“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

post-img

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb. 

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin noyabr-dekabr ay­larını əhatə edir. 

Bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çər­çivəsində təşkil olunmuş Dünya İqlim Fəa­liyyəti Sammitində iştirak etmək üçün Bir­ləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinə, eləcə də Dubayda BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünə dair materiallar toplanıb. Dövlə­timizin başçısının Serbiya Respublikasına işgüzar səfəri haqqında informasiya, Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnter­konnektorunun açılış mərasimində çıxışı­nın mətni, Bolqarıstan Prezidenti Rumen Radev və Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşləri barədə məlu­matlar da bu kitaba daxil edilib. 

Yeni kitabda Azərbaycan Preziden­tinin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşünə dair material, bu təş­kilata üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciətinin mətni də yer alıb. 

Xatırladaq ki, ötən ilin noyabrında Ba­kıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçiri­lib. Oxucu bu kitabda Azərbaycan Prezi­dentinin Zirvə görüşündə çıxışının mətni, eləcə də bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş dövlət və hökumət baş­çıları, beynəlxalq təşkilatların yüksək sə­viyyəli nümayəndələri ilə görüşlərinə dair materiallarla tanış ola bilər. 

Ötən ilin mühüm hadisələrindən biri də dekabr ayında ADA Universitetinin və Bey­nəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu olub. Azərbaycan Pre­zidenti Forumda çıxış edib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Dövləti­mizin başçısı, həmçinin bu cavablarında Qarabağın yenidən qurulması ilə bağlı məsələlərə diqqət çəkib.

Sitat: Qarabağın yenidən qurulması­na gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həya­ta keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün ma­liyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edə­cək. Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik, - mən dövlət investisiya­larını nəzərdə tuturam, - ölkənin qalan hissəsinə nisbətən daha çox. Bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğu­muz anlamına gəlmir. Uzun illər ərzində ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər inf­rastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas priori­tetimizdir. Bölgənin özü və ən əhəmiyyətli­si, evlərinə dönməyi gözləyən insanlardır.

Forumda dövlətimizin başçısının ve­rilən suallara geniş məzmunlu cavabları ilə 132-ci kitabda tanış olmaq mümkün­dür.

Kitabda Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsinin mətni də verilib. 

2023-cü il dekabrın 15-də Azərbay­can Respublikası Prezidentinin sədrliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının - COP29-un ölkəmiz­də keçirilməsi ilə əlaqədar müşavirə olub. Dövlətimizin başçısının müşavirədə çıxı­şının mətni də yeni kitaba daxil edilib. 

Çoxcildliyin bu cildində Prezident İlham Əliyevin Qarabağa səfərinə, Xankəndi stadionunda futbol üzrə Azər­baycan Kubokunun 1/8 final mərhələsin­də Ağdamın “Qarabağ”, Bakının MOİK komandalarının oyununa baxmasına, Xankəndi stadionunda çıxışına, oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələ­ri ilə görüşünə dair materiallar da yer alıb. 

“Azərnəşr” tərəfindən buraxılan 132-ci kitabın hazırlanmasında Azərbaycan Döv­lət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC

Son xəbərlər