23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 27-də ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,2 kiloqramdan artıq heroin, 17,5 kiloqrama yaxın marixuana, 3 kiloqramdan çox tiryək, həmçinin 830 ədəd metadon həbindən ibarət olub.

Sumqayıt şəhərinin Corat qəsəbəsində də narkotik aşkarlanıb. Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Corat qəsəbəsində yaşayan X.Həmzəyevanın evinə baxış zamanı oradan 1 kiloqram 71 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər