2014-2023-cü illərdə dünya üzrə 62 min 285 qeyri-qanuni miqrantın öldüyü və ya itkin düşdüyü bildirilib.
“Anadolu” xəbər verir ki, mərkəzi qərargahı Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) illik hesabatında həmin tarixlərdə öldüyü və ya itkin düşdüyü düşünülən qeyri-qanuni miqrantdan 28 min 854-nün Afrika və ya Asiyadan olduğu, bu insanların Aralıq dənizini keçmək istəyərkən həyatlarını itirdiyi qeyd edilib.
Hesabatda sözügedən mühacirlərin üçdə birindən çoxunun Əfqanıstan, Birma, Suriya və Efiopiya kimi silahlı qarşıdurmaların olduğu ölkələrin vətəndaşları olduğuna diqqət çəkilib. Məlumatdan görünür ki, son on ildə qeyri-qanuni miqrantlar üçün ən ölümcül 2023-cü il olub.
Xüsusilə Aralıq dənizində ölənlərin sayındakı kəskin artım səbəbiylə keçən il 8 min 541 qeyri-qanuni miqrant həyatını itirib.
Anar ƏLİ
XQ