Naxçıvanda elmi konfrans

post-img

AMEA-nın Naxçıvan Bölməsində 27 Mart Elm Günü münasibətilə “Naxçıvanın elm məbədi: AMEA Naxçıvan Bölməsi” mövzusunda elmi konfrans keçirilib.

Konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev cə­miyyətin tərəqqisində elmin rolundan danışıb. Alim 27 mart 1945-ci ildə əsası qoyulan Azərbaycan Elmlər Aka­demiyasının elmin inkişafına verdiyi töhfələri qeyd edib. Natiq ölkəmizdə elmə və elmi ictimaiyyətə göstərilən diqqət və qayğıdan konkret faktlar əsa­sında bəhs edib. 

Azərbaycan Milli Elmlər Akademi­yasının 79 illik fəaliyyəti barədə ümumi məlumat verən bölmə sədri bildirib ki, ötən əsrin 70–80-ci illəri bu elm məbə­dinin qızıl dövrü kimi xarakterizə olu­nur. Bu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə Ümummilli lide­rin imzaladığı xüsusi sərəncamla Azər­baycan Elmlər Akademiyasına “Milli” statusunun verilməsi, 2016-cı ildə “Elm haqında Azərbaycan Respublikası Qa­nunu”nun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə 27 mart ta­rixinin “Elm Günü” kimi təsis edilməsi, eləcə də elm sahəsində aparılan isla­hatlar elmə, elm adamlarına göstərilən diqqətin təzahürüdür. İsmayıl Hacıyev çıxışının sonunda kollektivi Elm Günü münasibətilə təbrik edib.

Sonra AMEA Naxçıvan Bölməsi­nin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, do­sent Orxan Bağırov “AMEA Naxçıvan Bölməsinin yaradılması və fəaliyyəti” mövzusunda məruzə edib. O, bölmə­nin fəaliyyəti dövründə nəşr olunan əsərlərin statistik göstəriciləri, keçirilən beynəlxalq səviyyəli elm tədbirləri, beynəlxalq arxeoloji ekspedisiyalar və əldə olunan elmi nəticələr barədə mə­lumat verib, elm siyasətinin muxtar res­publikada uğurlu icrasından danışıb.

Konfransda AMEA-nın müxbir üzv­ləri, professorlar Əbülfəz Quliyev, Vəli Baxşəliyev və filologiya elmləri dok­toru Fərman Xəlilov rəhbərlik etdikləri elmi-tədqiqat müəssisələrinin fəaliyyə­tindən, əldə olunan elmi yeniliklərdən bəhs edərək, ölkə elmi ictimaiyyətinə Elm Günü münasibətilə təbriklərini çat­dırıblar.

XQ

Son xəbərlər