Qoşulmama Hərəkatı PŞ-nin 3-cü Konfransı Azərbaycanın sədrliyi ilə keçirilib

post-img

Milli Məclisin və Parlament Şəbəkəsinin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) 3-cü Konfransı keçirilib. Tədbirdə təşkilata üzv parlamentləri və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyət­lə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransı giriş sözü ilə Sahibə Qa­farova açaraq, tədbirin Şəbəkənin və üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə əmin­liyini bildirib.

2021-ci ilin noyabrında Madrid şəhə­rində baş tutmuş təsis iclasından bəri parlament şəbəkəsinin konfransları iştirakçılarının sayının durmadan art­dığını söyləyən spiker deyib ki, QHPŞ böyüməkdədir və sıralarına yeni üzvlər qəbul edir. Şəbəkə Qoşulmama Hərəka­tına üzv dövlətlərin parlamentlərinin yarı­dan çoxunu təmsil edir. Bu, təkcə QH-nin dəyər və prinsiplərinin təşviqinə sadiqli­yi deyil, həm də parlamentlər arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərir.

Bu ilin yanvarında Uqanda Respub­likasının Kampala şəhərində baş tutmuş Qoşulmama Hərəkatının Dövlət və Hö­kumət Başçılarının XIX Zirvə görüşündə Azərbaycanın QH -yə sədrliyi Uqanda Respublikasına təhvil verdiyini xatırla­dan S. Qafarova deyib ki, respublikamı­zın sədrliyi Azərbaycan Prezidenti İlham Əliyevin hərəkata üzv olan ölkələr ara­sında həmrəyliyin, birliyin və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə sa­diqliyi ilə yadda qalacaq. Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər, məsələn, QHPŞ-nin, Qoşulmama Hərə­katının Gənclər Təşkilatının, həmçinin qurumun Qadınlar platformasının yara­dılması istiqamətində atılan ilk addımlar hərəkatın institusional inkişafı baxımın­dan mühüm əhəmiyyət kəsb etmişdir.

Spiker parlament şəbəkəsının yaran­dığı gündən öz fəaliyyətini icra hakimiy­yəti orqanlarının qərarları ilə əlaqələn­dirdiyini, onları öz fəaliyyətində və yekun sənədlərində əks etdirdiyini diqqətə çat­dırıb. Xatırladıb ki, parlament şəbəkəsi­nin 2023-cü ilin mart ayında Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş ikinci konfransı zamanı şəbəkənin əsas­naməsinə edilən bir sıra əlavə və düzəliş­lər, PŞ-nin fəaliyyəti üzrə iş qaydalarının işlənib hazırlanması və təkmilləşdirilmə­sinə yönəldilib. Şəbəkənin gələcək insti­tusional inkişafı istiqamətində iş davam etdiriləcək. Onun sözlərinə görə, parla­ment şəbəkəsinin büro və daimi komitələ­rinin formalaşdırılması onun institusional potensialını və səmərəli fəaliyyətini daha da gücləndirəcək. S.Qafarova, həmçi­nin Manama şəhərində dörd beynəlxalq təşkilata şəbəkə yanında müşahidəçi statusu verildiyini xatırladıb. Deyib ki, Manama konfransından sonra parlament şəbəkəsi TürkPA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məcli­si yanında müşahidəçi statusu qazanıb. Bundan başqa, Asiya Siyasi Partiyala­rının Beynəlxalq Konfransı ilə anlaşma memorandumu imzalanıb. İki gün öncə isə ən qədim və ən böyük parlamentlə­rarası təşkilat olan Parlamentlərarası İtti­faqla Anlaşma Memorandumu imzalanıb.

Cenevrə konfransınən “İqlim dəyişik­liyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusuna həsr olun­duğunu xatırladan spiker deyib ki, bu gün iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli və təcili olan çağırışlardan biridir. Eyni zamanda, bu, qlobal cavab tədbirləri və birgə səylər tələb edən bir çağırışdır. 

S.Qafarova Azərbaycanın yekdilliklə COP29-a evsahibliyi edən ölkə seçildi­yini diqqətə çatdırıb. Qeyd olunan tədbir bu ilin noyabrında Bakı şəhərində keçi­riləcək. Biz bununla qürur duyuruq. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə müba­rizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. Ölkə­mizdə 2024-cü il “Yaşıl dünya uğrunda həmrəylik ili” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qo­yulur.

Spiker bir daha vurğulayıb ki, Qoşul­mama Hərəkatının Parlament Şəbəkə­si bundan sonra da parlamentlərarası əməkdaşlığın və ölkələrimiz arasında dialoqun təşviqinə davamlı sadiqliyini nü­mayiş etdirəcək.

Konfransda daha sonra təşkila­tı məsələlərə baxılıb və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Büro və daimi komitələrinin formalaşdırılması, QHPŞ yanında beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi haqqın­da qərarlar qəbul olunub.

Tədbir konfransın yekunlarına dair Cenevrə Bəyənnaməsinin qəbul edilməsi ilə başa çatıb.

***

Milli Məclisin Sədri Sahibə Qafaro­va İsveçrənin Cenevrə şəhərində keçi­rilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində İslam Dün­yası Təhsil, Elm və Mədəniyyət Təşkila­tının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb. 

S. Qafarova ötən ilin dekabr ayın­da Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO rəhbəri ilə görüşünü xatırla­daraq, ölkəmizin bu təşkilata və İslam ölkələri ilə əməkdaşlığa böyük önəm ver­diyini vurğulayıb. Bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsi­nin fəal üzvüdür. Ölkəmizin üzv dövlət­lərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyi və digər dövlətlər arasında həmrəyliyin möhkəmlənməsinə daim səy göstərdiyi qeyd edilib. 

Spiker diqqətə çatdırıb ki, Azərbay­can ICESCO ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığa xüsusi önəm verir. 

Görüşdə Qoşulmama Hərəkatı Parla­ment Şəbəkəsinin konfransının əhəmiy­yəti və aparılan müzakirələrin aktuallığı vurğulanıb. QHPŞ-də ICESCO-ya mü­şahidəçi statusunun verilməsinin tərəflər arasında əməkdaşlığı genişləndirəcəyi bildirilib. 

Söhbət zamanı Salim bin Məhəm­məd əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraq­lı olduğunu bildirib. O, ötən illərdə Azər­baycana səfərləri çərçivəsində ölkə rəh­bərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan arasında əmək­daşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirib. Baş direktor Heydər Əliyev Fondunun İslam dünyasında təh­sil, elm, mədəniyyət sahələrində gördüyü işləri yüksək qiymətləndirib. 

O, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etmək hüququ qazanmasına, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mə­dəniyyət paytaxtı” elan olunmasına görə təbriklərini çatdırıb. 

Əliqismət BƏDƏLOV
XQ



Son xəbərlər