Özbəkistanla ikitərəfli münasibətlərimiz dostluq və qardaşlığa əsaslanır

post-img

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan özbəkistanlı həmkarı Raxmatulla Nurimbetov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xid­məti İdarəsindən bildiriblər ki, görüşdə ali səviyyəli siyasi dialoqun iki qardaş ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin möhkəm­ləndirilməsi, eləcə də yeni məzmunla zənginləşdirilməsində əsas rol oynadı­ğı bildirilib.

Söhbət zamanı, həmçinin ikitərəf­li münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinami­kadan məmnunluq ifadə edilərək, əməkdaşlığın daha da dərinləşdiril­məsinə dair gələcək fəaliyyətlərdən danışılıb.

Eyni zamanda, qarşılıqlı maraq do­ğuran digər mühüm regional və bey­nəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər