Naxçıvanda ekoloji xidmətin bazası müasirləşdirilir

post-img

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Hidrometeorologiya Mərkəzi, Yaşıllaşdırma və Landşaft Quruluşu MMC və Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi üçün inzibati binanın açılış tədbiri keçirilib. 

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollektivlə görüşərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı­na dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet sahələrdən biri də ətraf mühitin qorun­masıdır. Naxçıvan Muxtar Respublika­sının yaranmasının 100 illiyi və Ordu­bad şəhərinin Dövlət Tarix-Mədəniyyət Qoruğuna çevrilməsi fonunda cari il ya­şıllaşdırma, ətraf mühitin mühafizəsi və tarixi-mədəni abidələrin pasportlaşdırıl­ması istiqamətlərində mühüm tədbirlər həyata keçiriləcəyi nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev əvvəlcə inzibati bi­nanın tikinti layihəsini təqdim edib, bina barədə qısa məlumat verib. Qeyd edi­lib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada iş otaqları, laborato­riya, iclas zalı, anbarlar yerləşir. Bura­da yaradılan şərait muxtar respublika­da hidrometeorologiya, meteorologiya, aqrometeorologiya, hidrologiya, məlu­matların toplanması, təhlili, hazırlan­ması, saxlanılması və ötürülməsi işini də asanlaşdıracaq. Sonda mövcud və yeni alınmış nəqliyyat vasitələri, anbar və avadanlıqlara baxış keçirilib.

XQ

Son xəbərlər