Bələdiyyə məsələləri haqqında yeni nəşr

post-img

Bələdiyyə məsələləri üzrə ekspert Fərman Salmanlının "Yerli özünüidarəetmənin təməl prinsipləri  və tarixi inkişaf mərhələləri"adlı kitabı işıq üzü görüb.

XQ xəbər verir ki, kitabda bələdiyyələrin tarixi, fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatlar əksini tapıb.  

Kitabda Azərbaycan bələdiyyələrinin tarixi inkişaf mərhələləri, Çar Rusiyası, cümhuriyyət və müstəqillik dövrləri olmaqla 3 mərhədən ibarət araşdırmalar yer alıb.

Nəşrdə yerli özünüidarəetmənin nəzəri-hüquqi cəhətləri, bələdiyyənin strukturu  və idarəçilik forması, dövlət və bələdiyyə idarəçiliyinin oxşar və fərqli cəhərləri, bələdiyyə seçkilərinin keçirilməsi qaydaları, sosial bələdiyyəçilik, bələdiyyə üzvü və bələdiyyə qulluqçusu, bələdiyyə qərarlarının qəbul edilmə prinsipləri, xarici ölkələrin yerli özünüidarəetmə təcrübələri və bələdiyyə hüququ haqqında  məlumat almaq istəyənlər üçün geniş məlumatlar əksini tapıb. 

Kitab bələdiyyə işçiləri və mövzu üzrə tədqiqatçılar üçün nəzərdə tutulub. 

Anar ƏLİ,
XQ

Son xəbərlər