Türk dünyasının tarixi və mədəni irsi UNESCO prizmasında

post-img

Martın 14-də Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə Prezident Administrasiyası­nın Humanitar siyasət, diaspor, multikul­turalizm və dini məsələlər şöbəsinin mü­diri Fərəh Əliyeva iştirak edib.

Konfransda mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun pre­zidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, UNESCO-nun Türkiyə Mil­li Komissiyasının sədri professor Öcal Oğuz, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Dərya Örs, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoru­ğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə açılış nitqi ilə çıxış ediblər, UNESCO Baş Konfransının Prezidenti Simona-Mirela Miçulesku isə videomüra­ciətlə tədbir iştirakçılarını salamlayıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışın­da qeyd edib ki, türk mədəni irsinin qo­runması üçün vahid mexanizm formalaş­dırılmalıdır. O vurğulayıb ki, Türk dünyası böyük bir ailədir: “Biz dövləti təmsil edən qurumlar olaraq bütün çağırışlara cavab verməli, türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırmalı­yıq”.

Sonra TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək bildirib ki, Türk dövlətləri özləri də zəngin mədəni irslə­rinin siyahısını yaratmalıdırlar: “Bu gün Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanma­sı – UNESCO nöqteyi-nəzərindən” möv­zusunda keçirilən beynəlxalq konfrans çox vacibdir”.

UNESCO Baş Konfransının preziden­ti Simona-Mirela Miçulesku konfrans işti­rakçılarına videomüraciətində qeyd edib ki, mədəni irsin qorunması münasibətlə­rin inkişafına töhfə verir: “Biz anlamalıyıq ki, qlobal mədəni maraqlara xidmət edirik və gələcəyimizi bunun əsasında qurma­lıyıq”.

Çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev Azərbaycanın 30 il işğal altında qalmış torpaqlarında dini, mədəni və tarixi abidələrin dağıdıldığını deyib, bu gün Azərbaycan dövlətinin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının pre­zidenti Şahin Mustafayev, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Dərya Örs və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışlarında böyük Türk dünyasının mədəni irsinin qorun­masının vacib olduğunu vurğulayıblar. Qeyd olunub ki, türk mədəniyyətinin dün­yada tanıdılması istiqamətində görülən işlər Türk dünyası çərçivəsində həyata keçiriləcək layihələrə dəstək üçün stimul olacaq.

Azərbaycan Milli Elmlər Akademiya­sının prezidenti akademik İsa Həbibbəyli çıxışında Naxçıvan Muxtar Respublikası­nın yaranmasının 100 illiyinin qeyd edil­diyi cari ildə həyata keçirilən tədbirlərdən söhbət açıb.

Türkiyə Elmlər Akademiyasının prezi­denti Muzaffer Şeker çıxışında mövzunun aktuallığını vurğulayıb.

Konfransın ilk günündə fasilələrlə dörd sessiya keçirilib. Birinci sessiya Beynəlxalq Türk Akademiyasının prezi­denti Şahin Mustafayevin moderatorluğu ilə Türk dünyasının mədəni irsinin qorun­ması üzrə milli strategiyalar və yanaşma­lar, ikinci sessiya Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova­nın moderatorluğu ilə mədəni irsin qorun­ması, sənədləşdirilməsi və təbliği üzrə türk təşkilatının əməkdaşlığı, üçüncü sessiya Türk Dil Qurumunun prezidenti Osman Mertin moderatorluğu ilə mədəni irsin qorunması və təbliği üçün innovativ yanaşmalar və zəruri işlər, sonuncu ses­siya isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Res­publikası Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə mədəni irsin qorunması sahəsində milli komissiyaların əməkdaşlığı mövzusuna həsr edilib.

XQ



Son xəbərlər