BMT-nin Proqram direktoru Nazirlər Kabinetində

post-img

Martın 14-də Baş nazir Əli Əsədov BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən mə­lumat verilib. Görüşdə V.Byanyimanın XI Qlobal Bakı Forumunda iştirakının önəmi qeyd olunub. 

Azərbaycanın BMT-nin müxtəlif təsi­satları, ö cümlədən UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və onların fəaliyyətini dəstəklədiyi vurğulanıb.

İİV/QİÇS ilə mübarizənin Azərbayca­nın milli səhiyyə strategiyasının əsas is­tiqamətlərindən biri olduğu bildirilib. 

Diqqətə çatdırılıb ki, 2006-cı ildən başlayaraq Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr üçün İİV/QİÇS ilə müba­rizə üzrə Tədbirlər Proqramı qəbul edilir. Proqramların hazırlanması Ümumdün­ya Səhiyyə Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri əsasında və onların dəstəyilə həyata keçirilir.

Qeyd edilib ki, görülən tədbirlər nəti­cəsində Azərbaycan yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer alıb.

Tərəflər, həmçinin Azərbaycan Res­publikası ilə UNAIDS arasında əməkdaş­lıqla bağlı məsələləri nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın Səhiyyə naziri Teymur Musayev də iştirak edib.

XQ

Son xəbərlər